Pedro Sançes Venesuelanın müxalifət lideri Xuan Huaydo ilə telefon söhbəti edib

İspaniyanın baş naziri Pedro Sançes Venesuelanın müxalifət lideri Xuan Huaydo ilə telefon söhbətində bildirib ki, ölkədə yaranmış böhranın həlli üçün ən ideal yol prezident seçkilərinin keçirilməsidir.
Məlumatda bildirilir ki, Sanceç və Huaydoun telefon danışığı 10 dəqiqəyə yaxın davam edib.
Qeyd edək ki, Xuan Huaydo Karakasda Venesuela prezidenti Nikolas Maduroya qarşı keçirilən mitinqdə özünü müvəqqəti dövlət başçısı elan edib.