Əfqanıstanda 65 əsgərin qatili öldürüldü

Əfqanıstanın şərq hissəsində onlarla insanın ölümünə səbəb olan intihar hücumunun təşkilatçısı öldürülüb. Bu barədə Əfqan hökumətinin rəsmiləri məlumat yayıb.
Məlumata görə, 65 nəfərin ölümünə səbəb olan terrorbaşı ötən gün hərbi bazaya hücum zamanı zərərsizləşdirilib.
Qeyd edək ki, bazar ertəsi Əfqanıstanda xüsusi təyinatlıların Meydanşəhrdəki hərbi bazasında partlayış nəticəsində 126 nəfər həlak olmuşdu.