Qara dənizində iki gəmi yanıb

Qara dənizin şimalındakı Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə yanğın baş verib. Bu barədə "TASS" məlumat yayıb.
Rusiya qurumları məlumat verir ki, gəmilərin birində partlayış baş verib, başlayan yanğın o biri gəmiyə də yayılıb.
Hadisə zamanı ölənlərin sayı 11 nəfərə çatıb.
Gəmilərdən birindəki 17 nəfərdən 9-u Türkiyə, 8-i Hindistan vərəndaşı, ikinci gəmidəki 14 nəfər arasında hər iki ölkənin 7 vətəndaşı olduğu bildirilir.