Türkmənistanda ehtiyat zabitlərinə ölkədən çıxışa qadağa qoyulub

Türkmənistanda ehtiyat zabitlərinə ölkədən çıxışa qadağa qoyulub.
Bu barədə "Azadlıq" radiosu hərbi mənbəyə istinadən yazıb.
Məlumatda bildirilir ki, ötən il noyabr ayından etibarən bütün ehtiyyatda olan zabitlər qeydiyyat üçün hərbi komissarlığa çağırılır.
Həmçinin mənbə onu da qeyd edib ki, hazırda ölkə ordusu acınacaqlı vəziyyətdədir və hər hansı hərbi əməliyyat aparmaq iqtidarında deyil.