Ərdoğanın Putin ilə Moskvadakı müzakirə mövzusu məlum olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada RF prezidenti Vladimir Putinlə keçirəcəyi görüşdə Suriyada təhlükəsizlik zonasının yaradılmasını müzakirə edəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy deyib.
Onun sözlərinə görə, Suriyada qacqınlar üçün təhlükəsizlik zonasının yaradılması zəruridir.
Həmçinin Aksoy onu da bildirib ki, terrorçuların İdlibdəki təxribatları Rusiya ilə Türkiyə arasında regionla bağlı imzalanan sazişin icrasının qarşısını ala bilməyəcəklər.