Ermənistanın sabiq təbiətin mühafizə naziri Aram Arutunyan həbs ediləcək

Ermənistanın sabiq təbiətin mühafizə naziri Aram Arutunyan çirkli pulların yuyulması və iri məbləğdə rüşvət almaqda ittiham olunub. Bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Xüsusi İstintaq Komitəsi sabiq nazirin aldığı külli miqdarda rüşvət ittihamı ilə əlaqədar cinayət işi açıb.
Aram Arutunyan hakimiyyət nümayəndəsi olaraq yaxınlarının köməyi ilə külli miqdarda rüşvət alıb, bundan sonra qanunsuz yolla aldığı əmlakı özünküləşdirib. Sabiq nazirin 25 milyon dollardan çox rüşvət aldığı deyilir.