Yəməndə insanların yardıma ehtiyacı

Yəməndə 24,4 milyon insan humanitar yardıma ehtiyaclıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bəyanat yayıb.
"Yəmən, dünyanın ən pis humanitar böhranı ilə üzləşir və vəziyyət daha da gərginləşir. 2018-ci ilin sonunda 24,4 milyon yəmənli - ümumi əhalinin 80 faizi humanitar yardıma ehtiyaclı vəziyyətdəd idi",-deyə bəyanatda qeyd olunur.
Məlumat üçün bildirək ki, ölkədə səhiyyə müəssisələrinin 45 faizindən istifadə olunmur, 16,6 milyon insan isə təmiz sudan məhrumdur.
Qeyd edək ki, bölgədə ən yoxsul ölkələrdən biri olan Yəmən 2015-ci ilin mart ayından bu yana Səudiyyə Ərəbistanının hərbi müdaxiləsinə məruz qalır. Səudiyyənin rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmən ərazisinə avia zərbələr endirmək və ölkəni embarqoya məruz qoymaqla insan dramını rəsmən həyata keçirir.