Afrika dəniz sularında Rusiya vətəndaşlarını girov götürüblər

Afrika dəniz sularında Rusiya vətəndaşlarını girov götürən quldurlar pul tələb ediblər. "Rossiya 24"ə istinadən bildirir ki, bu barədə Dənizçilərin Həmkarlar İttifaqının sədri Yuri Suxoukov məlumat verib.
Onun sözlərinə görə, əsirlər sağdırlar və əlverişli şəraitdə saxlanılırlar. Hazırda danışıqlar gedir, tələb olunan pulun məbləği açıqlanmır.
Qeyd edək ki, quldurlar Qvineya körfəzində yanvarın 2-nə keçən gecə dənizçilərə hücum edib. Gəminin göyərtəsində 24 nəfər olub. Onlardan altısı əsir götürülüb.