Ağ Evə hücum hazırlayan şəxs saxlanılıb

ABŞ-ın hüquq-mühafizə orqanlarının əməkdaşları Ağ Ev və digər dövlət müəssisələrinə hücum planını hazırlayan Haşer Cəmal Tahebi həbs ediblər.
Məlumatda bildirilir ki, saxlanılan şəxs təkbaşına fəaliyyət göstərib.
Həmçinin məlumatda qeyd edilir ki, Taheb məxfi şəkildə işləyən FTB əməkdaşlarından silah alarkən saxlanılıb.
Qeyd edək ki, ötən ilin noyabr ayında Ağ Evə bombanın göndərilməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayııb.