BƏƏ Yəməndə uşaqları raketlə vura bilməyəcək

Danimarka Yəməndə baş verən humanitar böhran səbəbindən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) silah satışını dondurub. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Ölkənin xarici işlər naziri Anders Samuelsen parlamenti Yəməndəki mövcud durumla bağlı məlumatlandırıb. Bundan sonra müharibənin tərkib hissəsi kimi göstərilən BƏƏ-yə silah və hərbi avadanlıq ixracının dondurulması qərara alınıb.
Qeyd edək ki, BƏƏ Yəməndə qanuni hökumət sayılan "Ənsarullah" hərəkatına qarşı döyüşən koalisiya qüvvələrinə başçılıq edən Səudiyyə Ərəbistanının ən yaxın müttəfiqidir. Səudiyyə və BƏƏ-nin rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənə təşkil etdikləri hava və qurudan hücumlar zamanı on minlərlə dinc sakinin həyatına son qoyublar. Həlak olanlar arasında minlərlə azyaşlı da var.