Əfqan qaçqın hamilə qadını bıçaqlayıb

Almaniyada 25 yaşlı əfqan qaçqın hamilə qadını bıçaqlayıb, qadının bətnindəki döl tələf olub. AzEuroNews.com xəbər verir ki, hadisə Almaniyanın Koblenz şəhərindəki “Marienvört” klinikasında qeydə alınıb. Belə ki, 25 yaşlı əslən Polşa vətəndaşı olan Poli adlı hamilə qadını xəstəxanada ziyarət edən əfqan onu bıçaqlayıb.
Hadisə yerindən qaçan əfqan Koblenz şəhər vağzalının yaxınlığında saxlanılıb.
Hamilə qadına həkimlərin müdaxiləsi bir nəticə verməyib. Onun qarın hissəsindən aldığı çoxsaylı bıçaq yaraları bətnindəki dölün də tələf olmasına səbəb olub.
Hazırda faktı Koblenz şəhər polis təşkilatının kriminal şöbəsi araşdırır.