Serbiyada 21 yaşlı gənc Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlayıb

Serbiyada 21 yaşlı gənc Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırladığı üçün saxlanılıb. Bu barədə "Pravda" qəzeti yazıb.
Nəşrin yazdığına əsasən, 17 yanvar tarixində Rusiya prezidentinin Serbiyaya səfəri zamanı ona sui-qəsd planı hazırlayan vəhabi gənc polis tərəfindən ələ keçib
Armin Alibaşiç adlı şəxs həbs edilərkən üzərindən optik görünüşlü tüfəng tapılıb. Evində axtarış zamanı isə bomba üçün arsenal və komponentlər aşkart olunub.