Səudiyyə Suriyada səfirliyinin açılacağı iddiasını təkzib etdi

Səudiyyə Ərəbistanı rəhbərliyi Suriyadakı səfirliyinin yenidən açılacağı istiqamətindəki xəbərləri təkzib edib.Bu barədə Səudiyyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Buna qədər Yaxın Şərqdə bəzi mətbuat orqanları iddia etmişdi ki, Səudiyyə Ərəbistanı Dəməşqdəki səfirliyini cümə günü yenidən açacaq.