Dialoqa hazırıq

Qətər heç bir şərt olmadan dialoq yolu ilə körfəz böhranını həll etməyə hazırdır. "Əl-Cəzirə" telekanalına istinadən bildirir ki, bu barədə Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman məlumat verib.
Paytaxt Dohada Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Məhəmmədlə görüşən Əbdürrəhman keçirdiyi mətbuat konfransında Körfəz ölkələrini embarqoları dayandırmağa çağırıb: "Ölkəmiz qeyd-şərtsiz dialoqa hazırdır. Dialoq yəni hər iki tərəfin səmimiyyətlə yaxınlaşması. Ancaq onlar gərginliyi artırmağı, Qətərə qarşı ədalətli olmayan embarqoları davam etdirirlər".
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 5 iyun 2017-ci ildən etibarən Qətərlə diplomatik əlaqələri kəsib və Dohaya qarşı embarqolar tətbiq edib.