Ankarada FETÖ araşdırmaları

Türkiyənin Ankara Respublika Baş Prokurorluğu FETÖ-nün "məhrəm imamları" ilə telefon vasitəsilə mütəmadi xəbərləşdikləri müəyyənləşdirilən və daha öncə keçirilən əməliyyatlarda peşman olduqlarını bildirərək həbsdən yayınan Jandarm Baş Komandanlığında xidmət edən 3 leytenant və 47 gizir haqqında saxlama qərarı verilib.
Saxlama prosedurlarını Ankara Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi həyata keçirib.
Ankara Respublika Baş Prokurorluğunun haqlarında nəzarət qərarı çıxardığı 55 şübhəlinin saxlanılması üçün də Ankara Polis İdarəsi əməliyyat keçirib.
Təşkilatın gizli xəbərləşmə proqramı "Bylock" istifadə etdikləri müəyyən olunan şübhəlilərin saxlanılması əməliyyatlarının davam etdiyi bildirilir.