Hindistan və Pakistan əsgərləri arasında toqquşma baş verib

Hindistan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Devender Anand yerli müxbirlərə açıqlamasında bildirib ki, Kəşmirdə Hindistan və Pakistan hərbçiləri arasında toqquşma baş verib.
Onun sözlərinə görə, döyüşdə odlu silah və iri çaplı artileriyadan istifadə edilib.
Həmçinin Anand döyüşlərin hələ də davam etdiyini bildirib.
Qeyd edək ki, qarşıdurma nəticəsində ölən və yaralanan barədə heç bir məlumat yoxdur.