Cənubi Osetiya Gürcüstan ilə sərhədi bağlayıb

Cənubi Osetiya bu gündən etibarən Gürcüstan ilə sərhədi bağlayır.
Bu barədə Cənubi Osetiyanın Təhlükəsizlik Komitəsi Feysbuk səhifəsində yazıb.
Məluamtda bildirilir ki, sərhədin bağlnamasına səbəb Gürcüstanda yayılmış donuz qripidir.
Qeyd edək ki, Gürcüstanda donuz qripindən ölənlərin sayı 14-ü keçib.