Sudanda etiraz aksiyalarında 2 nəfər həlak olub

Sudanda baş verən iğtişaşlarda 2 nəfər həlak olub. FaktXeber.com-un məlumatına görə, bu barədə Al-Hadath agentliyi bəyan edib. Bildirilir ki, bundan başqa 6 nəfər yaralanıb.
Hadisə Omdurman şəhərində baş verib.
Qeyd edək ki, etiraz aksiyaları Sudanda yanacağın, çörəyin və unun qiymətinin qalxması fonunda baş verib.