Türkiyə Suriyada əməliyyata başlayacaq

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğıu NTV telekanalının efirində bildirib ki, rəsmi Ankaranın Suriyadaki əməliyyat planı ABŞ əsgərlərinin bu ölkədən çıxma prosesi ilə əlaqəli deyil.
Onun sözlərinə görə, Amerika əsgərlərinin Suriyadan çıxıb-çıxmayacağından asılı olmayaraq rəsmi Ankara Türkiyə ərazisini terror təşkilatlarından qorumaq üçün lazım olan hər şeyi edəcək.