Çin S-400-ü sınaqdan keçirib

Çin ordusu S-400 raket sisteminin sınaq proqramını tamamlayıb.
Bu barədə TASS agentliyi diplomatik mənbəyə istinadən yazıb.
Məlumata görə, sistemin buraxdığı 48H6E raketi hədəfi uğurla vurub.
Qeyd edək ki, raketin sürəti saniyədə 600 metr təşkil edir.