Suriyada 2 terror qruplaşması atəşkəs imzalayıb

Suriyanın İdlib, Hələb və Həma şəhərlərində müxtəif ərazilərə nəzarət edən terror qruplaşmaları arasında atəşkəs imzalanıb. "Heyəti Təhrir əl-Şam" (keçmiş adı "ən-Nusra") terrorçuları ilə "Azad Suriya Ordusu" adlı silahlı qruplaşma üzvləri bir-birinə atəş açmamaq mövzusunda razılığa gəliblər.
Tərəflər arasında əldə olunan müqaviləyə əsasən, İdlib daxilində atəşkəs təmin olunacaq, silahlılar şəhər daxilində salınan xəndək və səngərləri aradan qaldıracaq və əsirlərin mübadiləsini həyta keçirəcəklər.