Avstraliyada 14 konsulluq binası boşaldılıb

Avstraliyanın Melburn və Kanberra şəhərlərindəki 14 diplomatik korpusun binasına şübhəli paket göndərilib. Bu barədə "euronews" məlumat yayıb.
Təhlükəsizlik orqanları hansı ölkələrin səfirlik və konsulluqlarına şübhəli paketlərin göndərilməsini açıqlamasa da, Avstraliya qəzeti həmin ölkələrin ABŞ, İngiltərə, Yeni Zelandiya, Hindistan, Yaponiya, Pakistan, Cənubi Koreya, Almaniya, Yunanıstan, İspaniya, Seyşel Adaları, İsveçrə, Xorvatiya və Misir olduğunu qeyd edib.
Avstraliya Federal Polisi (AFP) 14 səfirlik və konsulluqda diplomatik missiya yerinə yetirən şəxslərin heç bir xəsarət almadığını açıqlayıb.