Ərdoğan Boltonu adam yerinə qoymadı

Dünən Türkiyənin paytaxtı Ankarada Suriya məsələsi ilə bağlı danışıqlar apardıqdan sonra ölkəsinə qayıdan Con Boltonun səfərinə ABŞ mediası geniş yer ayırıb. Donald Trampın milli təhlükəsizlik müşaviri Türkiyəyə səfər etsə də, prezident Rəcəb Tayyip Ərdoğan onunla görüşdən imtina edib.
Qeyd edək ki, Con Bolton səfərdən öncə, "ABŞ əsgərləri Suriyanın şimalında YPG-ni qorumağa yönəlik müqavilə olmadan çıxmayacaq",-deyə açıqlama ilə çıxış etmişdi. Bu səbəbdən Bolton Ankarada prezident deyil, onun sözçüsü İbrahim Kalın tərəfindən qəbul olunub.
Dünən baş verənlərə ABŞ mediasının münasibəti isə fərqli olub.
"New York Times" qəzeti, "Ərdoğan Boltonu adam yerinə qoymadı",-deyə başlıqlı məqalə dərc edib.
"Washington Post" qəzeti isə Ərdoğanın Boltonla görüşməməsini onu danlaması kimi təqdim edib.