İrana casusluq edən israilli nazirə 11 illik həbs

İrana casusluq edən İsrailin sabiq elm və milli infrakstruktur naziri Qonen Segev 11 il azadlıqdan məhrum edilib. Bu barədə "Jerusalem Post" qəzeti yazıb.
1990-cı ildən müxtəlif vəzifələrdə çalışan Qonen Segev 2018-ci ilin iyun ayında İrana casusluq etdiyi üçün həbs olunub. Nigeriyada 2012-ci ildən yaşayan Segev həmin ildən etibarən İran kəşfiyyatı ilə əməkdaşlıq etmiş və İsrailə dair müxtəlif məlumatları qarşı tərəflə paylaşmışdı.