Ermənilərin Qazaxıstandan qovulması tələb olundu

Qazaxıstanda 23 yaşlı gəncin ermənilər tərəfindən öldürülməsindən sonra ölkədə etirazlar səngimək bilmir.Karakanda vilayətində minlərlə insan küçələrə çıxaraq ermənilərin cəzalandırılmasını tələb ediblər.
Ölkənin xüsusi təyinatlı qüvvələri etirazların keçirildiyi küçələrə gəlsə də, nümayişçilərə müdaxilə etməyib.
Bu hadisə fonunda millətlərarası münaqişənin artması Ermənistanı ciddi narahat etməyə başlayıb. Yanvarın 7-də Ermənistanın polis rəisi Valeri Osipyan Qazaxıstanın daxili işlər naziri Kalmuxammed Kasımovla telefon əlaqəsi yaradaraq keçirilən mitinqlər və cinayətkarların tutulmasını müzakirə ediblər.
Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan da bazar ertəsi qazaxıstanlı həmkarı Beybut Atamkulovla əlaqə yaradıb və hadisə bağlı rəsmi İrəvanın narahatlığını dilə gətirib.
Qeyd edək ki, Qazaxıstanın Karakanda vilayətində restoranlardan birində Yeni il bayramını qeyd edən 23 yaşlı gənc qətlə yetirilib. Araşdırma zamanı məlum olub ki, cinayəti törədən şəxslər erməni olublar. Qatillər əməliyyat zamanı tutularaq istintaqa təhvil verilib. Bu olay ölkədə geniş rezonans doğurub.