ABŞ hərbçiləri suriyalı əsgərlərdən bayrağı çıxarmağı istəyib

ABŞ hərbçiləri ilə suriyalı əsgərlər arasında Mənbic şəhəri ətrafında dialoq yaranıb. "Əl-Məsdər" agentliyinə istinadən bildirir ki, bununla bağlı görüntülər yayılıb.
Gönrütülərdə amerikalı hərbçilərin Suriya ordusunun 1-ci diviziyasının əsgərlərinə yaxınlaşması və onlardan Mənbicə yerləşdirilən Suriya bayraqlarının çıxarılmasını istəməsi öz əksini tapıb. Suriyalı hərbçilər amerikalıların istəyinə müsbət cavab verməyərək bayraqları çıxarmayıblar.