PKK-çılar hücum edib

Türkiyənin İğdır vilayətinin Aralıq mahalında, İranla sərhəddə patrul xidmətinə PKK-çılar hücum edib. Hadisə nəticəsində 1 əsgər həyatını itirib, 2 əsgər isə yaralanıb.
Bildirilir ki, 8-10 nəfərlik dəstə qumbaraatan, əl bombası və tüfənglərdən atəş açıblar.
Son məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin yaxşı olduğu bildirilir.