Almaniyada dövlət rəsmiləri və siyasətçilər hakerlərin hücumuna məruz qalıb

Almaniyada dövlət rəsmiləri və siyasətçilər hakerlərin hücumuna məruz qalıb. Bu barədə "İnterfax" məlumat yayıb.
Hakerlərin qurbanları arasında kansler Angela Merkel, prezident Frank-Valter Ştaynmayer və sabiq daxili işlər naziri Ziqmar Qabriel də var.
Hakerlər bir çox siyasətçinin və bəzi jurnalistlərin şəxsi məlumatlarını “Twitter” sosial şəbəkəsi vasitəsi ilə yayıblar.
Hazırda Almaniyanın İnformasiya Təhlükəsizliyi üzrə Federal İdarəsi insidentlə bağlı təhqiqata başlayıb.