Suriyada 23 mindən çox terrorcu öldürülüb

Rusiyanın Müdafiə Nazirliyi cümə axşamı bəyan edib ki, Suriyada 2018-ci il ərzində 23 mindən çox terrorçu öldürülüb.
"2018-ci ildə Suriyada keçirilən əməliyyatlar zamanı 23 mindən çox terrorçu, yaraqlılara məxsus 159 tank, 57 zirehli maşın, 900 mindən çox top və pulemyotlarla təchiz olunmuş təxminən 3 min avtomobil məhv edilib",-deyə Rusiyanın Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur.
2015-ci ildən bu yana zərərsizləşdirilən yaraqlıların sayı isə 87 min nəfər təşkil edir. Onların 4500 nəfəri məhz Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin vətəndaşları olub.