İranın səhiyyə naziri istefa verdi

İran prezidenti Həsən Ruhani, İranın səhiyyə naziri Həsən Qazizadə Haşiminin büdcə müzakirələri səbəbilə təqdim etdiyi istefasını qəbul edib. Bu barədə "Mehr" xəbər agentliyinə istinadən xəbər veririk.
Bildirilir ki, İran prezidenti, nazirin təqdim etdiyi istefasını qəbul edərək, yerinə nazir vəzifəsini icra etmək üçün Səid Nimekini təyin edib.