Ukraynanın fiziki və hüquqi şəxsləri barəsində xüsusi məhdudlaşdırıcı tədbirlər genişləndiriləcək.

Rusiyanın baş naziri Dmitri Medvedev Ukraynaya qarşı sanksiyaların genişləndirildiyini bəyan edib. Bu barədə o, Twitterdə yazıb.
"Ukraynanın fiziki və hüquqi şəxsləri barəsində xüsusi məhdudlaşdırıcı tədbirlər genişləndiriləcək. Mən bununla bağlı müvafiq qərar imzalamışam. Bu, Rusiya dövləti, vətəndaşları və şirkətlərinin maraqlarının müdafiəsi üçün edilib",-deyə Medvedev vurğulayıb.
Buna qədər Rusiya hökuməti Ukraynanın 322 fiziki şəxsi və 68 şirkəti barəsində sanksiya paketini təsdiqləmişdi.