Camal Kaşıkçı (Xaşuqi) cinayəti ilə dünyanın diqqətini özündə cəmləyən Səudiyyə Ərəbistanı daha bir hadisə ilə medianın gündəminə düşüb.

Camal Kaşıkçı (Xaşuqi) cinayəti ilə dünyanın diqqətini özündə cəmləyən Səudiyyə Ərəbistanı daha bir hadisə ilə medianın gündəminə düşüb. Belə ki, Amerikada avtomobili ilə 15 yaşlı qızı vuraraq öldürən səudiyyəli gənc xüsusi təyyarə ilə Səudiyyə Ərəbistanına qaçırılıb. ABŞ rəsmiləri saxta pasportla ölkədən qaçırılan gənclə bağlı istintaqa başlayıb.
Məlumata görə, amerikanın Portland şəhərində universitet tələbəsi olan 21 yaşlı Abdulrəhman Nura 2016-cı ildə piyada keçidindən keçən 15 yaşlı Fallon Smartı avtomobili ilə vuraraq ölümünə səbəb olub.
Səudiyyə Ərəbistanın Baş Konsulluğu istintaq üçün saxlanılan Nura üçün 100 min dollar kəfalət ödəmişdi. Azadlığa çıxan Nura 2017-ci ildə konsulluq tərəfindən təşkil olunan xüsusi təyyarə və adına düzəldilmiş saxta pasportla ölkəsinə qaytarılıb.
ABŞ rəsmiləri Nuranın 18 ay əvvəl öz ölkəsinə qayıtdığını öyrənib.