ABŞ prezidenti Donald Tramp Suriyanı yenidən inşa etmək üçün lazım olan maliyyəni Səudiyyə Ərəbistanının qarşılayacağını açıqlayıb.

ABŞ prezidenti Donald Tramp Suriyanı yenidən inşa etmək üçün lazım olan maliyyəni Səudiyyə Ərəbistanının qarşılayacağını açıqlayıb. Bu barədə o, şəxsi Twitter səhifəsində yazıb.
Suriyanı yenidən inşa etmək üçün lazım olan pulu xərcləməyi Səudiyyə rəhbərliyinin qəbul etdiyini irəli sürən Tramp buna görə ər-Riyada təşəkkür edib: "Səudiyyə Ərəbistanı, ABŞ-ın yerinə Suriyanı yenidən inşa etmək üçün lazım olan pulu xərcləməyi qəbul edib. Görürsünüz? Zəngin ölkələrin 5000 mil uzaqlıqdakı böyük ölkə (ABŞ) əvəzinə, qonşularına kömək etməsini görmək nə qədər də gözəldir. Təşəkkürlər Səudiyyə Ərəbistanı!"
Qeyd edək ki, Suriyada 2011-ci ilin mart ayından bu günə kimi ölkədə fəaliyyət göstərən silahlı qruplar və terror təşkilatlarına maliyyə və silah dəstəyini məhz ABŞ və Səudiyyə Ərəbistanı təmin edir.