Suriyaya əsgər göndərməyi nəzərdən keçiririk

İraqın baş naziri Adil Əbdülmehdi ABŞ-ın Suriyadan hərbçilərini çıxarmaq qərarından sonra hökumətin Suriyaya əsgər göndərə biləcəyini açıqlayıb. Bu barədə "Amerikanın Səsi" radiosu məlumat yayıb.
İraqın hökumət rəhbəri qeyd edib ki, ölkə sərhədindəki təhdidlərdən qorunmaq üçün hər bir variant nəzərdən keçirilir.
ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə danışan Adil Əbdülmehdi, hökumətin ABŞ-dan Suriyaya əsgər yerləşdirmək istiqamətində hər hansı göstəriş almadığını da vurğulayıb: "İraq qərarını dostları və qonşuları ilə məsləhətləşərək verəcək".