Belçikanın paytaxtı Brüssel şəhərində silahlı insident qeydə alınıb.

Belçikanın paytaxtı Brüssel şəhərində silahlı insident qeydə alınıb. Bu barədə "Reuters" məlumat yayıb.
Yerli polis Brüsselin mərkəzindəki "La Parisienne" restoranında naməlum şəxsin insanlara atəş açdığını və hadisə yerindən qaçdığını açıqlayıb.
Prokurorluğun sözçüsü İna Van Vaymerş qeyd edib ki, polis əməkdaşları "Kalaşnikov" avtomatı ilə silahlanmış şəxsin axtarışlarını davam etdirir.
Silahlı insidentin motivlərini mümkün qədər tez öyrənmək üçün hadisə yerində araşdırma aparılır.