Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan 27 dekabrda Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan 27 dekabrda Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır. "TASS"abildirir ki, bu barədə jurnalistlərə Ermənistanın hökumətinin başçısının mətbuat xidməti məlumat yayıb.
"Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan 27 dekabrda Moskvaya işgüzar səfər edəcək. Səfər zamanı Rusiya prezidenti Vladimir Putin ilə görüş olacaq, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq müzakirə ediləcək",-deyə məlumatda qeyd olunur.