Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynada keçiriləcək prezident seçkilərini şərh edərkən deyib ki,

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynada keçiriləcək prezident seçkilərini şərh edərkən deyib ki, Kiyevdə tezliklə adekvat insanların hakimiyyətə gələcəklərinə ümid edir. Bu barədə o, "RİA Novosti"yə müsahibəsində danışıb.
"Mən ümid edirəm ki, gec-tez Kiyevdə konstruktiv dialoqa hazır olan və reallığı başa düşən kifayət qədər adekvat insanlar hakimiyyətə gələcəklər",-deyə Lavrov əlavə edib.
Qeyd edək ki, Moskva ilə Kiyev arasındakı əlaqələr Donbas və Krımdakı vəziyyət fonunda pisləşib. Rusiyanın Krımı ilhaq etməsi və Donbasdakı separatçılara yardım göstərməsi Ukrayna ilə əlaqələrin korlanmasına səbəb olub.