ABŞ-a xəbərdarlıq

Birləşmiş Ştatlar raketlərin ləğvi haqqında müqavilədən çıxdıqdan sonra orta və kiçik mənzilli raketlərini Avropada yerləşdirəcəyi təqdirdə Rusiya həmin raketləri hədəfə götürməyə məcbur olacaq. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Birinci" kanalında "Böyük oyun" proqramının efirində danışıb.
"Məsələ ondadır ki, raketlərin zərərsizləşdirilməsi üzrə müqavilədən çıxmağın arxasında Avropa ölkələrində orta və kiçik mənzilli raketlərin yerləşdirilməsi dayana bilər, necə ki, bu, "soyuq müharibə" dövründə olub. Həmin əraziyə raketlərin yerləşdirilməsi və onların Rusiya Federasiyası istiqamətində tuşlanması, ölkəmizin həmin raketləri öz arsenalı tərəfindən hədəf götürməsi ilə nəticələnəcək",-deyə Peskov əlavə edib.