Pentaqon rəhbəri istefa ərizəsini Donald Trampa təqdim edib.

ABŞ-ın müdafiə naziri Ceyms Mettis tutduğu postdan istefa verib. Pentaqon rəhbəri istefa ərizəsini Donald Trampa təqdim edib.
Ərizədə Mettis qeyd edib ki, Ağ Ev rəhbəri ilə aralarında mövcud olan fikir ayrılığına görə istefa vermək qərarına gəlib.
"Quduz it" ləqəbi ilə məşhur olan Ceyms Mettisin mümkün istefası çoxdan gözlənilirdi. Mettis və Tramp arasında bir sıra məsələlərdə fikir ayrılıqları mövcud idi. Pentaqon rəhbəri istefa ərizəsini ABŞ prezidentinin qoşunları Suriyadan çıxarması ilə bağlı verdiyi qərardan sonra ona təqdim edib.