Rusiya prezidenti Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin hər il mütəmadi olaraq keçirilən və ictimaiyyət üçün canlı yayımlanan Böyük Mətbuat Konfransında Qərbin ikili standartlarına toxunub.
«Skripal barədə şərh verməli heç nə yoxdu, o sağdı. Bununla belə, Rusiyaya qarşı sanksiyalar irəli sürülür, səs-küy yatmır. Səudiyyəli jurnalist Kaşıkçı (Xaşuqi) qətlə yetirilib. Lakin heç bir sanksiya yoxdur», - deyə prezibent Qərbin rusofobiyasından danışıb.
Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putinin ilin yekunlarına dair illik böyük mətbuat konfransı başlayıb. Konfrans Moskvada Beynəlxalq Ticarət Mərkəzində keçirilir. Mətbuat konfransında iştirak üçün ümumilikdə 1702 jurnalist qeydiyyatdan keçib.