SSRİ dövrünün qənimətləri

Almaniya II Dünya müharibəsindən sonra Rusiyaya daşınan mədəni dəyərlərinin qaytarılmasını tələb edib. Bu barədə İzvestiya ADR-nın Moskvadakı səfirliyinin bəyanatına istinadla xəbər verib.
Diplomatik nümayəndəlikdən bildirilib ki, Haaqanın 1907-ci ildə "müharibə qaydaları" ilə bağlı qərarına əsasən mədəni obyektlər hərbi itkilərə təzminat kimi istifadə olunmamalıdır.
Almaniya əsasən Henrix Şlimanın tapıntılarının və Ebersvald xəzinəsinin, həmçinin e.ə, IX əsrə aidə minlərlə qızıl əşya və bəzəklərin qaytarılmasına ümid edir.
Səfirlikdən xatırladılıb ki, 2017-ci ildə Rusiyaya 4 mədəni obyekt qaytarılıb. Söhbət 1944-cü ildə Qatçin Sarayanından çıxarılan mədəni obyenktlərdən gedir.
Rusiya prezidentinin Beynəlxalq Mədəni Əlaqələr üzrə xüsusi köməkçisi Mixail Şvıdkoy isə bəyan edib ki, ölkələr arasında sağlam siyasi dialoq olmadığı müddətdə mədəni dəyərlərlə bağlı heç bir mübadilə ola bilməz.
O, həmçinin xatırladıb ki, Rusiyada 1998-ci ildə qəbul olunan qərara əsasən II Dünya müharibəsi nəticəsində ölkəyə gətirilən incəsənət nümunələri artıq Rusiyanın mədəni irsi sayılır və onları digər ölkələrə, aparmaq, vermək olmaz.
Şvıdkoyun sözlərinə görə, müharibə vaxtı minlərlə mədəni obyekt qarət olunub və SSRİ-dən xaricə çıxarılıb, onlardan çox azı qaytarılıb.