Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radanın deputatı Olqa Boqomoletsi dövlət başçısının müşaviri vəzifəsindən azad edib

Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radanın deputatı Olqa Boqomoletsi dövlət başçısının müşaviri vəzifəsindən azad edib. Bu barədə prezident administrasiyası məlumat yayıb.
Məlumata görə, Ali Radanın deputatı mövcud hakimiyyəti dəfələrlə tənqid etdiyi üçün tutduğu postdan azad olunub.
Buna qədər Olqa Boqomolets Ukrayna millətinin məhv olmaq təhlükəsi ilə əlaqədar baş nazir Vladimir Qroysman və prezident Pyotr Poroşenkoya müraciət edib. Lakin hökumət Nazirlər Kabineti yanında insan potensialının qorunması üzrə ayrıca qrup yaratmaqla bağlı onun çağırışlarına məhəl qoymayıb.