Kosovoya etiraz

NATO-nun baş katibi Yens Stoltenberq tanınmamış Kosovonun öz ordusunu yaratmasına təəssüfləndiyini açıqlayıb.Bu barədə hərbi alyansdan məlumat verilib.
"Bu qərarın qəbul edilməsi ilə bağlı NATO-nun narahatçılığını bildirirəm. Bu addım yersiz idi",-deyə Stoltenberq vurğulayıb.
Baş katib əlavə edib ki, Kosovonun təhlükəsizlik qüvvələrinin mandatının dəyişdirməsindən sonra NATO qarşılıqlı fəaliyyət prinsipinə yenidən baxacaq.
Qeyd edək ki, Kosovo parlamenti ordusunun yaradılmasını təsdiq edib. Bu qərarın lehinə 107 deputat səs verib.