2 millət vəkilinin həbsi

Şahidlərin bildirdiyinə görə, İsrail hərbçiləri səhər saatlarında Fələstinli millət vəkili Yasir Mənsur ilə Həmasın rəhbərlərindən olan Mustafa əş-Şənarın İordan çayının qərb sahilində Nablus şəhərindəki evlərinə hücum çəkərən axtarış aparıblar. Bundan sonra onlar həbs olunublar.
Bundan başqa millət vəkili İsmail Tall-ın Əz-Zahiriyyə bölgəsindəki evinə soxularaq, axtarış həyata keçiriblər, sonra isə deputatı həbs ediblər.
Qeyd edək ki, İsrail hərbçilər bir gün əvvəl iki hərbçini öldürən silahlıları axtarmaq üçün Ramallahda keçirdikləri əməliyyat zamanı 40 nəfəri həbs edib