Suriya gəmisi yaxalandi

Yunanıstan Sahil Mühafizəsi Xidmətinin əməkdaşları Suriya bayrağı altında üzən gəmini öz ərazisində saxlayıb Bu barədə "Əl-Məsdər" agentliyi məlumat yayıb.
Ötən həftə saxlanılan gəmi Krit adasına aparılıb. Gəmidə axtarış aparılarkən külli miqdarda narkotik maddə aşkarlanıb.
Gəmidə olan 11 Suriya və bir Hindistan vətəndaşları həbs edilib.