ABŞ Dövlət Katibi Mayk Pompeo bəyan edib ki,

ABŞ Dövlət Katibi Mayk Pompeo bəyan edib ki, Vaşinqton Qazaxıstanla əməkdaşlığı genişləndirmə ümidindədir. Bu barədə Qazaxıstanın müstəqilliyinin 27-ci ili ilə əlaqədar Qazaxıstana təbrik məktubunda bildirilir.
"Biz iki ölkənin xalqlarının rifahı naminə Qazaxıstanla əməkdaşlıqları genişləndirmək ümidindəyik", - deyə Pompeo bəyan edib.
O, həmçinin Qazaxıstan hökumətinə Livanda BMT missiyası çərçivəsində sülhməramlıları yerləşdirliyi üçün minnətdarlığını bildirib.
Onun sözlərinə görə, Astana dünya arenasında sülhün və sabitliyin təminatçısı və Mərkəzi Asiyada, həmçinin kənarda iqtisadi sabitliyin inkişafında tərəfdaş kimi mühüm rolu üzərinə götürür.
Bundan əvvəl bildirilmişdi ki, ABŞ və Qazaxıstan nümayəndələri strateji müttəfiqliyin genişləndirilməsi barədə danışıqlar aparacaqlar.