Avropa İttifaqı bizi aldadıb

Ali Radanın deputatı Viktor Bondar bəyan edib ki, Avropa İttifaqı iqtisadi sazişlərin məsələsində Ukraynanı aldadıb.Bu barədə o, "Newsone" telekanalının efirində danışıb.
"Avropa bizi iqtisadi sazişlərdə aldadıb. Onlar bizə malların Avropaya tədarükü üçün kvota qoyublar. Ukrayna hər il iki-üç ay ərzində bunu edə bilir. Aİ Ukraynaya yüksək texnologiyalı sahələri yaratmağa imkan vermir. Halbuki Kiyev helikopter istehsalı, maşınqayırma, lokomotiv və başqa sahələrdə Avropa ölkələri ilə rəqabət apara bilərdi",-deyə Viktor Bondar əlavə edib.