Ərimin adından istifadə etməyin

ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Tramp həyat yoldaşının soyadından istifadə edənlərə səslənib. Amerikanın birinci xanımı məzhəkəçi, jurnalist, müğənni və yazarların Tramp ailəsinin adından istifadə etməklə məşhurlaşmaq istədiyini vurğulayıb.
"Həyat yoldaşımın inanılmaz bir işi gördüyünü düşünürəm. ABŞ tarixinin ən yaxşı dövrünü yaşayır. Ölkənin yaxşı şeylər etməsinə davam etməsini istəyirəm. Birinci xanım olmağın ən böyük çətinliyi ad və ailəsinin soyadını istifadə edərək fayda əldə etmək istəyənlərlə mübarizə aparmasıdır",-deyə Melaniya Tramp "Fox News"a müsahibəsində vurğulayıb.