Tereza Mey Böyük Britaniyanın baş naziri olaraq qalır.

Tereza Mey Böyük Britaniyanın baş naziri olaraq qalır. Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı (“Brexit”) etimad məsələsinə dair səsvermədə o, mühafizəkar deputatların dəstəyini alaraq, 83 səs çox toplayıb.
Belə ki, Tereza Meyə Mühafizəkarlar Partiyasından 200 deputat səs verib, 117 deputat isə əleyhinə çıxıb.
Xatırladaq ki, Britaniyanın baş naziri Tereza Mey Mühafizəkarlar Partiyasından olan millət vəkillərinin etimad səsverməsi ilə üzləşməli olub. Hadisələrin bu inkişafı Britaniyanın Avropa İttifaqından ayrılması prosesinin Mey tərəfindən icrasından narazılıqların nəticəsidir. Nümayəndələr Palatasındakı Mühafizəkarların əksəriyyəti Meyə qarşı səs versə idi, o baş nazir vəzifəsində uzaqlaşacaqdı. Mey səsverməyə qarşı “əlində olan bütün vasitələrlə” mübarizə aparıcağına söz vermişdi: “Mühafizəkarlar Partiyasının rəhbərliyində dəyişiklik bizim ölkəmizin təhlükəsizliyini risk altına alır və bizi lazım olmayan bir vaxt qeyri-müəyyənliyə sürükləyir. Yeni lider qanunvericilikdə tələb olunan tarix – 21 yanvara qədər seçilməyə bilər. Buna görə də, rəhbərlik Brexit danışıqlarını parlamentdəki müxalifət partiyasının nəzarətinə ötürmək təhlükəsi yaradır.”
Mey etimad səsverməsində öz xeyrinə çevirsə də, növbəti bir il ərzində yeni etimad səsverməsi keçiriləcək.
Britaniyanın Avropa İttifaqından ayrılması 2019-ci ilin 29 mart tarixinə qədər tamamlanmalıdır.