Sarı jiletlərin satışına qadağa

Misir hakimiyyəti işıqqaytarıcı sarı jiletlərin satışına məhdudiyyətlər tətbiq etmək barədə qərar qəbul edib. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Misir hökuməti bu addımı Fransadakı etirazların ölkəyə sirayət etməsini nqarşısını almaq məqsədilə atıb.
Agentliyin məlumatına görə, Misirdə sahibkarlara bu məhsulları pərakəndə satmamaq barədə xəbərdarlıq olunub. Sarı jiletlər yalnız polisdə qeydiyyatdan keçmiş şirkətlərə topdan satıla bilər.